Hüquqşünas (Korporativ sahə üzrə) vakansiyası

Vəzifə: Hüquqşünas (Korporativ sahə üzrə)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Hüquq sahəsində 3-5 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 25 – 35 yaş
İşin Təsviri: Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara
əlavə və dəyişikliklərin Azərbaycan Respublikasının qanunvericiliyinə və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.
Vəzifə öhdəlikləri:
– Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin
verilməsi;
– Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində
müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması
istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
– İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına,
qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
– Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid
zəruri görüş və danışıqlarda iştirak edilməsi;
– Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların
qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin
verilməsi;
– Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Tələblər:
– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Hüquqi nitq və yazışma qabiliyyəti;
– Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və
inzibati prosessual qanunvericiliyi, əmək qanunvericiliyini və beynəlxalq
qanunvericiliyi yüksək səviyyədə bilməli;
– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas edumap.az” yazaraq CV göndərməklə müraciət edilir

Bir cavab yazın

Back to top button