Hüquqşünas (korporativ)  vakansiyası

Hüquqşünas (korporativ)

Əsas vəzifə öhdəlikləri:

Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
Razılaşma üçün şöbəyə təqdim olunan əmr/sərəncam, təlimat, əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
Zərurət olduqda şirkəti məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək;
Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi;
Qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən qanun, normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
Zəruri hallarda şöbənin fəaliyyəti ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı : həftə içi 5 gün / 09:00-17:30
İş təcrübəsi: zəruri deyil
Əmək haqqı: 600-900 azn (müsahibə əsnasında)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində “hüquqşünas” qeyd etmələri xahiş olunur.
~
«Atəşgah» Sığorta Qrupu
Ünvan: N. Yusifbəyli küç., 75 B
Əlaqə nömrəsi: (012) 940

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir