Hüquqşünas vakansiyası

Hüquqşünas
ŞİRKƏT HAQQINDA:
“Azərbaycan Koka-Kola Bottlers Limited” MMC şirkəti “The Coca-Cola Company”-nin qazlı və
qazsız içkilərinin Azərbaycan daxilində istehsalı, satışı və paylanmasını həyata keçirir. Fəaliyyətinə 1994-
cü ildə başlamış, 2007-ci ildə isə “Coca-Cola İçecek”-in (CCI) tərkibinə daxil olmuşdur.
advertisement “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC 1 zavod və 300-dən çox əməkdaşı ilə 10 milyon
istehlakçıya xidmət göstərir. Məhsul portfelinə Coca-Cola, Coca-Cola zero, Bonaqua, Burn, Cappy, Fanta,
Fuse Tea, Sprite kimi brendlər daxildir.
İş barəsində məlumat:
• Müqavilələri, ona əlavələri, qiymət razılaşma protokollarını, aktları və s. müqavilə yan sənədlərini
advertisement nəzərdən keçirmək, bu şərtlərin qanunvericiliyə və şirkət prosedurlarına uyğun olduğundan əmin
olmaq və təsdiq etmək;
• Zəruri hallarda müqavilə və digər hüquqi sənədləri tərtib etmək;
• Şirkətin iş balansının tənzimlənməsi və effektivliyin artırılması üçün çox istifadə olunan sənədlərin
standartlaşdırılmasını təmin etmək;
advertisement • Həvalə olunmuş layihələrin həyata keçirilməsini təmin etmək;
• Gündəlik qanunvericilikdə olan dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
• Periodik şəkildə və ya zəruri hallarda rəhbərliyə və baş ofisə hüquqi hesabatları hazırlayıb təqdim
etmək;
• Şirkətin struktur bölmələrinə sorğu və tələb əsasında qanunvericiliyin və qanunvericilikdəki
advertisement dəyişikliklərin məzmununu izah etmək;
• Rəhbərliyinin iş bölgüsü əsasında ona yönləndirilən məsələlər üzrə digər departamentlərlə
müvafiq məsələlərin həllində səmərəli şəkildə əməkdaşlıq etmək;
• Şirkəti məhkəmələrdə, rəsmi orqanlarda, dövlət və ictimai qurumlarda, uyğun məsələlər üzrə
digər təşkilatlarda və qurumlarda şəxsən və ya hüquq departamentinin digər əməkdaşları ilə
advertisement birlikdə təmsil etmək;
• Yerli Etik Komitənin Sədrinin tapşırıqları əsasında şirkət daxilində etik normaların təbliğ olunması
və Etik Davranış Kodeksi barədə maarifləndirmə sessiyalarının təşkil edilməsi üçün müvafiq işlər
görmək;
• İdarə heyəti və pay sahiblərinin ümumi yığıncaqlarının təşkili və bundan irəli gələn digər
advertisement məsələləri yerinə yetirmək;
• “The Coca-Cola Company”-nın eləcə də əmtəə nişanı sahiblərinin hüquq komandaları ilə müştərək
lahiyələrdə iştirak etmək;
PUBLIC
• Xarici hüquq şirkəti ilə mütəmadi əlaqədə olmaq, sorğuların, hesabatların, layihələrin və s. işlərin
advertisement qarşılıqlı görülməsini təmin etmək, şirkətdə hüquqi maarifləndirmənin təmin edilməsi üçün zəruri
təlimlər təşkil etmək;
Tələblər:
• Hüquq sahəsi üzrə ali təhsil;
• Mülki, vergi, əmək və şirkətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik sahəsində müvafiq biliyə
advertisement sahib olmaq;
• Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarıqları;
• İngilis dilində səlis danışıq, müqavilə tərtib etmə və rəy vermə bacarıqları;
• Ünsiyyət və nitq qabiliyyəti;
Müraciət etmək üçün vakansiyanın adını “Mövzu” bölməsində Hüquqşünas qeyd edərək, CV
advertisement formanızı [email protected] ünvanına göndərin, və ya göstərilən “link”-dən istifadə edin -
https://clck.ru/Vg8mF .

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az