Bazar, 24 Avqust, 2025

"Hüquqşünas" vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 8 Oktyabr, 2021 - 05:10
"Hüquqşünas" vəzifəsi üzrə vakansiya

Azərikard MMC "Hüquqşünas" vəzifəsi üzrə vakansiya elan edir. Tələblər: - Ali təhsil (hüquq sahəsi üzrə); - Dillər: Azərbaycan dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə); - Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı; - Yüksək icraçılıq bacarığı; - Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır. Vəzifə: - Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi; - Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi; - Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli; - Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması; - İclaslar üzrə Protokolların hazırlanması; - Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması; - Daxil olan sorğuların cavablandırılması; - Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili; -Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma; - Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək. Namizədlərdən CV-lərini “Hüquqşünas” mövzusu ilə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 432
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7305
Sumqayıt Dövlət Univ...