“Hüquqşünas” vəzifəsi üzrə vakansiya

Azərikard “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:
– Ali təhsil (hüquq sahəsi üzrə);
– İş təcrübəsi: 3 il
– Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
– Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
– Yüksək icraçılıq bacarığı;
– Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır.

Vəzifə öhdəlikləri:
– Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
– Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
– Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
– İclaslar üzrə Protokolların hazırlanması;
– Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
– Daxil olan sorğuların cavablandırılması;
– Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili;
– Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma;
– Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.

Namizədlərdən CV-lərini “Hüquqşünas” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related Articles