18 Mart 15:16

“Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək

24 oktyabr 2018-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi dramaturqun anadan olmasının 136-cı ildönümünə həsr olunan “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 31 iyul 2018-ci il tarixinədək məqalələrini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

– kağızın formatı – A4, Word redaktorunda;

– məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

– müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

– həcmi – 5 səhifədən çox olmamalıdır;

– şrift – Times New Roman 12;

– sətirlərarası interval – 1,5;

– istinadlar – məruzənin sonunda (şrift – Times New Roman 10);

– açar sözlər 8-12 sözdən ibarət olmalıdır;

– məruzənin sonunda xülasə ingilis dilində;

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 492-06-57.

Bəyən və paylaş

Rəylər

rəy(lər)