8 Yanvar 18:07

“Hüseyn Cavid və müasirləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Hüseyn Cavid və müasirləri” mövzusunda

Respublika elmi konfransı

28 fevral 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid və müasirləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Cavid və mühiti
  2. Cavid və tarix
  3. Cavid və müasirlik
  4. Cavid və dünya ədəbiyyatı

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələr çap ediləcəkdir.

Məruzələrin son göndərilmə tarixi:                                                      8 fevral 2019-cu il

         Məruzələrin  tərtibinə qoyulan tələblər:  

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
  • məruzənin həcmi – 5-7 səhifə (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • məruzənin Times New Roman şrifti ilə 12 pt ilə;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar əgər varsa aşağıdakı şəkildə olmalıdır: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
  • məruzənin elektron və ya kağız variantda təqdim olunmalıdır;
  • 8 fevraldan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.          

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi,a134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (2 57)

Mob: (+994 55) 658 11 40

E-mail:  [email protected]

 

QEYDİYYAT VƏRƏQİ

“Hüseyn Cavid və müasirləri” mövzusunda Respublika

elmi  konfrans

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                     
Təmsil etdiyi müəssisə, şəhər 
Telefon nömrəsi, elektron ünvan 

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)