4 Mart 15:53

“I am Me” layihəsi keçiriləcək

ABŞ Dövlət Departamenti, Meridian International Center və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB-nin dəstəyi ilə gender stereotiplərinə fokuslanan “I am Me” layihəsi həyata keçiriləcəkdir!

Layihənin əsas məqsədi insanları gender stereotipləri haqqında məlumatlandırmaqdır. Layihə müddətində iştirakçılar müxtəlif mövzularda 6 təlim sessiyasında iştirak edəcəklər.

Təlim sessiyaları aşağıda qeyd olunan tarixlərdə baş tutacaqdır:
14-15 mart, 23-24 mart, 28-29 mart

Layihə 18-25 yaşlı gənclər üçün nəzərdə tutulmuşdur. Iştirakçılar sonda sertifikatla təltif olunacaqdırlar.

Qeydiyyat üçün link: https://forms.gle/x13DnV8svrmvr4XS6
Müraciət üçün son tarix: 8 mart 2020

Layihə ilə bağlı suallarınıza [email protected] e-poçt ünvanı və ya (+994503562932) mobil nömrəsi vasitəsilə cavab tapa bilərsiniz.

Bəyən və paylaş