3 Noyabr 09:38

“I Milli Tələbə Turizm Festivalı” Azərbaycan Turizm və Menecment Universitetində keçirilmişdir

Qeyd edək ki,  turizm istiqamətli, təqdimat xarakterli maarifləndirmə layihəsi  Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi,Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

Layihədə  Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan tələbələrdən hər komanda 5 nəfər tələbədən ibarət olmaqla 10 komanda formalaşdır festivalda tələbələrə əvvəlcədən  verilmiş Azərbaycan bölgələrinin kulinariya nümunələrinin  menyu əsasında hazırlandıqdan sonra sərgi şəklində təşkil edib nümayiş etdirmişdirlər.

Festivalda Azərbaycan Turizm və Menecment Universitetinin  rəhbər heyəti iştirak edərək tələbələrin bu kimi işlərin  böyük təqdirə layiq hesab ediblər və tələbələrdə nəzəri biliklərlə yanaşı onların praktiki bilik və təcrübələrinin artması üçün layihənin  böyük  əhəmiyyət malik olduğunu qeyd ediblər.

Layihə Rəhbəri Ağamir Ağamirov öz çıxışında qeyd edib ki, bu kimi xidmət sahələrinin  sərgilərinin keçirilməsi  Avropa ölkələrinin təhsil sistemində ənənə halını alsada bizdə amma az hallarda keçirilir, daha sonra  gənclər təşkilatının gələcək fəaliyyətindən danışıb  bu kimi festivallara daha çox yer  ayıracaqlarını və hətda daha böyük formada Azrəbaycanın  bütün rayonlarını əhatə etməklə hər il ənən halına salacaqlarını  vurğulayıb.

Qeyd edək ki, “I Milli Tələbə Turizm Festivalı”   iki gün davam edəcəkdir.

12204872_796594313784244_1035323641_n 12208056_796594667117542_1257961667_n 12212540_796594643784211_1797932739_n

Bəyən və paylaş

Rəylər

rəy(lər)