27 Oktyabr 09:56

“I Milli Tələbə Turizmi Festivalı”

Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi,Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə
“I Milli Tələbə Turizmi Festivalı” layihəsinə start verilir.

Qeyd edək ki, layihə Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan tələbələrin festivala hazırlıq prosesində ixtisaslarına yönəlmiş təcrübə əldə etməsi ilə yanaşı, turizm infrastrukturu ilə yaxından tanış olmalarına şərait yaratmaqdan və sonda təşkil olunacaq festivalda Azərbaycan bölgələrinin kulinariya nümunələrinin tələbələrə veriləcək menyu əsasında hazırlandıqdan sonra sərgi şəklində təşkil edib nümayiş etdirməkdən ibarətdir.

Layihədə iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, əvvəlcədən öz regionlarına uyğun olaraq həmin regiona xas olan yemək və adətlərin göstəricilərini təyin edərək, yeməklərin adı,istifadə olunacaq digər mədəni göstəricilərin adı, hazırlayacaq şəxslərin komanda adı və komanda heyətinin üzvlərinin adı və soyadı yazılmaqla 31 oktyabr tarixinədək aşağıda göstərilən elektron ünvana göndərərək qeydiyyatdan keçsinlər.

Layihə Rəhbəri – Ağamir Ağamirov

Kordinatorlar – Aygün Fetullayeva – 0515282714
e-mail: [email protected]

Ləman Muradova. – 0554521154

Azər Əhmədzadə- 0559474293

Bəyən və paylaş

Rəylər

rəy(lər)