Cümə axşamı, 21 Avqust, 2025

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb


  • Dərc edildi: 17 İyun, 2025 - 01:31
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb

“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında ingilis dili üzrə əlavə dəstəyə ehtiyac duyan 24 nəfər 4-cü sinif şagirdi seçilmişdir. 6 ay müddətində dərsdənkənar fəaliyyət formasında “Ewa” tətbiqindən istifadə olunmaqla keçirilən məşğələlər uğurla başa çatdırılmışdır.

Ümumilikdə 48 saat dərs keçirilmiş, bu müddət ərzində şagirdlər interaktiv və əyləncəli üsullarla ingilis dili biliklərini inkişaf etdirmiş, dil bacarıqlarını möhkəmləndirmişlər.

Layihənin əsas məqsədi “Ewa” proqramı vasitəsilə ingilis dilinin tədrisini daha maraqlı və effektiv etmək, şagirdlərin bu fənnə marağını artırmaq və onların dil öyrənmə prosesinə dəstək vermək olmuşdur.

Layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən uğurla icra olunmuşdur.

 

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 21
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...