Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsinin 2025-2026-cı tədris ili üçün məktəb seçimi prosesinə start verilir.
Layihənin məqsədi seçilmiş ümumi təhsil müəssisələrində müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyası təmin etmək, eləcə də təhsil liderliyinin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.
Layihəyə yeni məktəblərin qoşulması üçün seçim prosesi 2 mərhələdə həyata keçiriləcək: ilkin mərhələdə məktəblər müraciət formasını dolduraraq müraciət edəcək, daha sonra uyğun məktəblərin rəhbər heyəti üçün müsahibələr təşkil olunacaq.
Layihə çərçivəsində iştirakçıların bilik və təcrübələrinin artırılması məqsədilə xaricdə təlim səfərlərinin təşkili nəzərdə tutulub.
Müraciət üçün meyarlar:
Layihədə iştirak edən məktəblər nə əldə edəcək?
Müraciət formasına keçid: https://forms.gle/1r5aXQKZGAb3k4DJ8
Müraciət üçün son tarix: 15 avqust 2025-ci il
Qeyd: Sorğu məlumatları yalnız məktəb direktorları tərəfindən təqdim olunmalıdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb