Cümə axşamı, 21 Avqust, 2025

“İnsan Resursları üzrə Mütəxəssis" vakansiyası


  • Dərc edildi: 21 Avqust, 2025 - 19:00
“İnsan Resursları üzrə Mütəxəssis" vakansiyası

“İnsan Resursları üzrə Mütəxəssis" vakansiyası

 

Namizədə olan tələblər:

·           Təhsil: Ali təhsil;

·          Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsinə malik olmalı;

·           AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;

·           MS Office və 1C 8.3 proqramları ilə sərbəst işləməyi bacarmalı;

·          Komandada işləməyi bacarmalı, stressə davamlı olmalı.

 

Vəzifə öhdəlikləri:

·          İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;

·          İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;

·          İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;

·          İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;

·           Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;

·          İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;

·           Əməkdaşlara lazım olan arayışları tərtib etmək;

·           Dövlət Məşğulluq İdarəsinə aylıq hesabatların təqdim edilməsi ilə bağlı maliyyəyə müvafiq məlumatları təqdim etmək;

·           Cəmiyyətin tərəfdaşlıq etdiyi rabitə şirkətinin kuratoru olaraq bütün cari işləri yerinə yetirmək;

·           Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və öz rəhbərinə təqdim etmək.

 

İş şərtlərimiz:

·           Əmək haqqı: 970-1274 AZN;

·           İş qrafiki: Tam iş günü (5 gün);

·           İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 235
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 39
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7151
Sumqayıt Dövlət Univ...