Çərşənbə, 3 Sentyabr, 2025

İnsan resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 17 İyul, 2025 - 13:57
İnsan resursları üzrə mütəxəssis vakansiyası

İnsan resursları üzrə mütəxəssis vakansiyası

Müəssisə:  AL MARKET MMC

Ümumi Tələblər

Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);

İnsan Resursları sahəsində iş təcrübəsi - 2 ildən artıq; (Retail sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);

Sap bilikləri;

MS Excel əla səviyyədə 

Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;

Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;

Kadr kargüzarlığının aparılmasına dair biliklər;

Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;

Komandada işləmək bacarığı.

 

İş Haqqında Məlumat

ƏMAS sistemində dəyişikliklərin olunması; (vəzifə, əmək haqqı, iş yeri, qrafik, miqrasiya uzadılması).

ƏMAS sistemində dəyişikliklərin olunması zamanı SİMA tətbiqində işçinin şəxsi kabinetinə göndərilməsi və imzalanması;

DSMF-yə aid ödənişlərin (Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, Hamiləliyə və doğuma görə, Uşağın anadan olmasına görə, Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə) göndərilməsi;

Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması;

Yeni işçilərin və dövri müayinə olunmalı işçilərin tibbi arayışlarının qeydə alınması, xəstəxanaya göndərilməsi və birbaşa təqib edilməsi.

Yeni işə qəbul olan işçilərlə əmək müqaviləsi bağlanılması işinin həyata keçirilməsi, onların şəxsi qovluqlarının formalaşdırılması;

İş vaxtının norması:

5 günlük iş rejimi.

İstirahət günü: Şənbə və Bazar günü.

Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan:  Sumqayıt şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1088
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 243
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8074
Sumqayıt Dövlət Univ...