Cümə, 22 Avqust, 2025

İnsan Resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 30 İyul, 2025 - 01:58
İnsan Resursları üzrə mütəxəssis vakansiyası

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

Şirkət: “AZERİ MİNİNG GROUP” MMC

 İş yeri: Xırdalan şəhəri

 

 

Vəzifə öhdəlikləri:

Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, işdən azad edilmə və digər kadr sənədlərinin rəsmiləşdirilməsi;

Vəzifə təlimatlarının hazırlanması;

İşçilərin davamiyyəti və iş qrafiklərinə nəzarət, ay sonunda davamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təqdim olunması;

“ƏMAS” portalında əməliyyatların aparılması (əmək müqavilələri, xitam əmrləri, dəyişikliklər, məzuniyyətlər və s.);

Məzuniyyət qrafiklərinin tərtibi və istifadəsinə nəzarət;

Ştat cədvəlinin hazırlanması və müvafiq dəyişikliklərin aparılması;

Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi və uçotunun aparılması;

Son haqq-hesabların və məzuniyyət ödənişlərinin hesablanması;

İşçilərlə bağlı məlumat bazasının yaradılması və daimi yenilənməsi;

Əmək fəaliyyəti ilə bağlı arayış və xasiyyətnamələrin hazırlanması;

Elektron xəstəlik vərəqələrinin “E-gov” portalına yüklənməsi;

Əmək və icra intizamının pozulması hallarının sənədləşdirilməsi;

Açıq vakansiyaların elanlara hazırlanması və paylaşılması, CV-lərin incələnməsi, ilkin müsahibələrin təşkili və nəticələrin bildirilməsi.

 Namizədə tələblər:

Ali təhsil (İnsan Resursları, Menecment və ya əlaqəli sahə üzrə);

İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;

Əmək qanunvericiliyi və kadr kargüzarlığı sahəsində dərin bilik;

Cəmlənmiş uçot vaxtı ilə işləmə təcrübəsi (minimum 1 il);

ƏMAS və İSB portallarındakı son dəyişikliklərə bələdlik;

Analitik düşünmə və problem həll etmə bacarığı;

MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;

Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik işləmə bacarığı;

Gənc, dinamik və inkişaf yönümlü olmaq;

Karyera inkişafına maraqlı olmaq.

Əmək şəraiti:

İş rejimi: Həftənin 6 günü

Bazar ertəsi – Cümə: 09:00 – 17:00

Şənbə: 09:00 – 15:00

Nahar fasiləsi: 13:00 – 14:00

Əmək haqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq)

Müraciət qaydası:

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 264
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 59
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7157
Sumqayıt Dövlət Univ...