19 İyun 20:44

I Respublika elmi konfransı keçiriləcək

20 iyun 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində  “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin  tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi  konfransı keçiriəcək.

Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:
• muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri

• arxiv və kitabxana işinin təşkili
• müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı
• arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və
qorunması
• muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər
• muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili
• gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu

Bəyən və paylaş

Rəylər

rəy(lər)