I sinfə şagird qəbulu davam edir

I sinfə şagird qəbulu davam edir



2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.

 
advertisement
Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az)bu günsaat 09:00-dan etibarən yenidən akivləşdirilib.



advertisement Qeyd edək ki,www.mektebeqebul.edu.azelektron portalı bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

 

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.
advertisement
 

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunub. Belə ki, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq)Virtual bələdçi” xidməti əlavə edilib və birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapphttps://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə birinci sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az