6 İyul 11:41

İanə vermək (Facebook Donate)

Ramazanda fitrə zəkatı vermək aktual olduğundan Facebook’un bu yeniliyi düz yerinə düşdü. Xüsusilə məlum məsələdir ki, səhiyyə problemi ilə üzləşən insanlar əlacı xaricdə tapmağa çalışır. Hər kəsin maddi vəziyyəti buna imkan vermir. Və ailə, dostlar, yaxın çevrə bank hesabı açıb, başlayır ianə yığmağa.  Müəyyən platformalarda təbliğat əksər hallarda istənilən effekti vermir. Belə halda Facebook Donate yeniliyi sizə faydalı ola bilər (ümumiyyətlə, ümid edirəm, heç kəsin buna ehtiyacı olmaz).

facebook donate

Artıq “bu şəklə gələn hər bəyəniyə, Facebook 1 $ ödəyəcək” kimi insanların hislərindən istfadə edərək pul qopartma vasitələrinin sonu çatdı demək olar.

Xidmət tam olaraq istifadəyə verilməsə də “İanə toplama səhifələri” (fundraising pages) düşünürəm ki, uğurlu olacaqdır.

Artıq Facebook’u tərk etmədən də ianə vermək mümkün olacaq.
https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fnonprofits%2Fvideos%2F10153646942455918%2F&show_text=0&width=400

Həmçinin yardım edən istifadəçilər daha sonra ianələrini geri də götürə bilərlər. İlkin olaraq ianə səhifəsi ABŞ-da istifadəçilərin 1%-i istifadə edə bilər.

Qeydiyyatdan keçmək üçün isə bu linkə daxil olmaq lazımdır. İlk əvvəl səhifənizin məqsədini dəyişməlisiniz (about→page info→category → Non-profit organisation).

facebook inaə donate

Səhifənin təsdiqi üçün bank hesabının adı, hesabın nömrəsi, təşkilatın adresi, telefon nömrəsi və s. kimi sənədlər təsdiq üçün Facebook komandasına göndərilir.

Həmçinin sizin səhifənizin “haqqında” bölməsində ABŞ ünvanı qeyd edilməlidir. Daha ətraflı məlumat əldə etmək istəyənlər burdan oxuya bilər.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)