28 İyul 22:21

IB Kamp – Maliyyə savadlılığı 2

İlk və ən böyük Gənclər mərkəzi – IB Club təqdim edir…
Yayın ən böyük layihəsi gəlir!

IB Kamp – Maliyyə savadlılığı 2

Düşərgə Sparkasse Maliyyə Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Əsl Gənclik havasını yaşayacağınız – 7 illik “Öyrən, Əylən, Yaşa” sloqanımızı hiss edəcəyiniz Kamp kimi Kamp gəlir!

5 gün Sizi nələr gözləyir?
– Mütəxəssislər tərəfindən şəxsi inkişaf təlimləri;
– Maliyyə biliklərinizi artıracaq təlimlər;
– Təlimlərdən sonra keçiriləcək hərəkətli workshop və komanda oyunları;
– İntellektual və adrenalin dolu yarışlar;
– Komandalar şəklində çempionat və qazanılacaq mükafatlar;
– 5 günə 5 kilo kökələcəyiniz yeməklər:)
– Günün yorğunluğunu atacağınız diskoteka;
– Qapanış partisi – Maskarad party;
– Hər dəqiqədən zövq alacağınız Daha nələr, nələr..

IB Club komandası tərəfindən Sizlər üçün gecə-gündüz çalışıb hazırlanan və 3 aylıq yayın bütün stressini atacağınız 5 möhtəşəm gün!

Layihə 125 Gənc üçün tamamilə ÖDƏNİŞSİZDİR.

Layihənin maliyyə dəstəyi: Sparkasse Maliyyə Fondu

Məkan: Quba rayonu, Cənnət bağı istirahət mərkəzi
Tarix: 4-8 Sentyabr(4 gecə, 5 gün)
Son Qeydiyyat tarixi: 10 Avqust
Qeydiyyatdan yalnız iştirak edə biləcəyinizə əmin olduqdan sonra keçməniz lazımdır.

Qeydiyyat linki: goo.gl/tqxRJP

Layihəyə seçim 2 mərhələdən ibarət olacaq.
1. İstək formu
2. Müsahibə
İlk mərhələdən seçilən şəxslərlə sms vasitəsilə cavablar bildiriləcək.

Xüsusi qaydalar:
Aşağıda qeyd olunan qaydalara əməl olunmadıqda, iştirakçının IB Club üzvlüyü ləğv olunur və öz hesabına kampdan geri göndərilir.
– Düşərgə müddətində alkaqollu içki qəbul edilərsə;
– Düşərgə ərazisindən icazəsiz kənara çıxarsa;
– Düşərgə proqramına əməl etməzsə;
– Digər düşərgə iştirakçıları üçün narahatçılıq yaradarsa.

Qeyd: Seçilmiş xanım iştirakçıların valideynləri problem yaradarsa, ofisimizə yaxınlaşıb detallı məlumat barədə bizimlə görüşə bilərlər.
Qeyd edək ki, Layihə tamamilə ÖDƏNİŞSİZdir.

Ətraflı məlumat:
Tel: 012 480 3461, 055 238 4008
E-mail: [email protected]
Ünvan: Cəfər Cabbarlı 40, Caspian Business Center 5-ci mərtəbə (Nizami metrosunun yaxınlığı)
www.ibclub.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)