7 Noyabr 15:58

IBA Tech Akademiyasında Menecer vakansiyası

IBA Tech Akademiyasında Menecer vakansiyası:

Vəzifə öhdəlikləri:

Təlimlərin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsinə nəzarət, tələbələr ilə işin koordinasiyası;

Akademiyadaxili proseslərə nəzarətin aparılması;

Akademiyaya daxil olan müraciətlərlə bağlı məlumat mərkəzinin fəaliyyətinə nəzarətin aparılması;

Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsinin təşkili, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;

Akademiyadaxili tədbirlərin planlaşdırılması və təşkil olunması;

Akademiyanın fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və kommunikasiya etdirilməsi;

Akademiyanın əməkdaşlarının fəaliyyətinin idarə edilməsi.

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil (Təhsilin idarəedilməsi istiqaməti üzrə arzuolunandır);

İdarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (Təhsilin idarəedilməsi və/və ya yüksək texnologiyalar sahəsində təcrübəyə üstünlük verilir);

Yüksək EQ (Güclü ünsiyyət bacarığı, stressə davamiyyət);

Problem həll etmə qabiliyyəti;

Analitik bacarıqlar.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini məktubun mövzu hissəsində “Menecer Edumap.az” qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)