2 Yanvar 14:50

IBA Tech mobil tətbiq proqramçıları da yetişdirən ikinci qəbul proqramına start verdi!!!!

IBA Tech mobil tətbiq proqramçıları da yetişdirən ikinci qəbul proqramına start verdi!!!!

Ölkəmizdə Mobile development sahəsində peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq Akademiyada bu ixtisas üzrə də təhsil almaq imkanı yaratdıq. Müraciət edən namizədlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. 50 namizədə Backend, 50 namizədə isə Mobile development (Android, iOS) sahəsində intensiv bootcamp kurslarında təhsil almaq imkanı yaradılacaq.

Akademiyaya qəbul olunmaq istəyən şəxslər yanvarın 15-dək Akademiyanın rəsmi internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az.

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə fevralın 3-dən başlanacaq və 3 ay davam edəcək.

Bəyən və paylaş