""IBM Cybersecurity"" and ""Google Data Analytics Professional Certificate"" peşəkar inkişaf proqramları


SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə ""IBM Cybersecurity Analyst Professional Certificate"" and ""Google Data Analytics Professional Certificate"" peşəkar inkişaf proqramları çərçivəsində 150 nəfərin qeyd olunan kurslarda iştirakını maliyyələşdirməkdən mənmunluq hissi duyur. Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək.




advertisement
Ümumilikdə 6 ay ərzində Coursera onlayn təhsil platforması üzərindən təklif olunacaq peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 150 nəfər (75 nəfər data analitikası, 75 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.



İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidir. Müraciət üçün link - https://tinyurl.com/57j5fafb (qeyd: Google hesabı açılmalıdır). İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahəyə uyğun təməl bilikləri ölçən imtahanda iştirak edəcəkdir. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak etməyə haqq qazanacaqdır.


advertisement


İştirakçıların kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün hər mövzu üzrə bir yerli təlimçi/mütəxəssis tərəfindən davamlı onlayn dəstək görüşləri keçiriləcək. Təlimi uğurlar bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən Data Analitikası və IBM tərəfindən Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə edəcəklər. Layihənin sonunda uğurlu iştirakçıların məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkasının təşkil olunması nəzərdə tutulub.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az