12 Sentyabr 09:52

İbrahim Cəfərov Miçurin Dövlət Aqrar Universitetinin fəxri professoru adına layiq görülüb

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Rusiyanın Tombov şəhərində yerləşən Miçurin Dövlət Aqrar Universitetin fəxri professoru adına layiq görülüb.  

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, fəxri ad 12-ci Ümumrusiya “Bağçılıq günü-2017” sərgisi çərçivəsində MDB rektorlar şurasının toplantısında verilib. İnkaredilməz həqiqətdir ki, ADAU təkcə Azərbaycan ali təhsil məkanında deyil, onun xaricində də güclü maddi-texniki bazaya malik, hər cür təhsil şəraiti və müasir tələbə evləri olan təhsil müəssisəsi kimi tanınır. Təbii bunlar aqrar təhsilin inkişafına dövlət qayğısının və idarəetmənin düzgün, şəffaf formada həyata keçirilməsinin nəticəsidir. Elə bu səbəbdən də  İbrahim Cəfərov fəxri adlara, dövlət mükafatlarına, minnətdarlıq və təşəkkürlərə layiq rektorlardandır. Demək yerinə düşər ki, ADAU Miçurin  Dövlət Aqrar Universiteti ilə də səmimi əməkdaşlıq edir, qarşılıqlı şəkildə yeniliklər öyrənilir, təcrübələrdən bəhrələnilir. Bu da kənd təssərrüfatı kadrlarının hazırlanmasına gərəkli töhfələr verir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)