İcbari Sığorta Bürosu (İSB) çağrı mərkəzinə operator vəzifəsinə işçi axtarır.Ali təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 15 dekabrdır.
Namizədə dair tələblər:
– Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
– Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı;
-Aydın səlis nitq olmalı;
-Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
-Yaş həddi 19-25 arası kişi namizədlər;
– Orta səviyyədə İngilis və Rus dili olmalı;
İşin təsviri:
– Növbəli şəkildə Çağrı mərkəzinə 7/24 daxil olan bütün zənglərin cavablandırılması
– Əməkhaqqı 400 AZN (gross) təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini15.12.2018-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu- Edumap.az” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Telefon: 012 595 00 20 (135)