İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

İcbari tibbi sığorta sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada müzakirə olunacaq mövzular:

*

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu
Əlavədə tədbirin proqramı ilə tanış ola bilərsiniz!

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://sahibkarliq.typeform.com/to/DF7fyB

Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00

Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III

Tədbirin gündəliyi ilə buradan tanış ola bilərsiniz.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

+99412 465 76 92 (daixili 121)

[email protected]


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close