Çərşənbə, 2 İyul, 2025

İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi çağrı mərkəzi işçi qəbuluna start verir


  • Dərc edildi: 20 Avqust, 2021 - 14:53
İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi çağrı mərkəzi işçi qəbuluna start verir

İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi çağrı mərkəzini (nömrə 1542) genişləndirmək və təkmilləşdirmək istiqamətində işçi qəbuluna start verir. Ya ali tibbi təhsili, ya da çağrı mərkəzi təcrübəsi olan istənilən azərbaycan vətəndaşının CV-ni qəbul edib təhlil edib, uyğun olduğu təqdirdə intervyuya dəvət etmək niyyətindəyik, uğurlu namizəddən nə gözləyirik: ·Bütün daxil olan zənglərə ürəklə cavab versin ·Tibbi xidmət üçün zəng edən istənilən vətəndaşı səbirlə dinləyib kömək etmək istəyində olsun ·Tibbi xidmətdən, vaksinasiyadan, koronadan əziyyət çəkən, şikayəti olan insanlardan yorulmasın, onlara öz yaxını kimi dəstək göstərməyə həvəsli olsun, onların şikayətlərini diqqətlə dinləyib uyğun gələn strukturlarımıza olduğu kimi çatdırsın ·Daxil olan zənglərdən heç birini buraxılmış kimi qalmasına şərait yaratmasın ·Bütün bunları edərkən yorulmasın, başa düşsün ki, bu etdikləri bizim hansısa canı ağrayan, tibbi xidmətə ehtiyacı ol

an insanlarımızın sağlamlığına, həyatına müsbət təsir edə bilər. İstədiyimiz odur ki, bu işləri görməyi özününün missiyası sayan, dəyəri ölkədə yaşayan insanlara əlindən gələn köməyi etmək olan şəxslər bizə qoşulsun, əhalimizin sağlamlığı üçün birgə çalışaq. Rəsmi iş elanını bu posta əlavə olunmuş word faylında görə bilərsiniz. Bu sətirləri oxuyandan sonra özünüzü bu rolda görmək istəyirsinizsə, ali tibb təhsiliniz və ya çağrı mərkəzi təcrübəniz varsa, onda lütfən e-mail başlığında Çağrı mərkəzi yazaraq CV-ləriniz[email protected]ünvanına göndərin. Qeyd:mail.ru,bk.ru,inbox.rulist.rudomainlərindən gələn e-mailləri server qəbul etməyə bilər. Son müraciət tarixi: 12 sentyabr 2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 94
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 223
Məktəbəhazırlıq qrup...