İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir.
▶ Biz nə təklif edirik:
▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
▪ Karyera irəliləyişlərində yaradılan şərait;
▪ Rəqabətədavamlı əmək haqqı.
▶ Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
📍 Lənkəran
📍 Şəki
📍 Quba
📍 Şirvan
📍 Mingəçevir
📍 Göyçay
📍 Ağcabədi
📍 Şəmkir
📍 Cəlilabad
▶ Görəcəyiniz işlər:
▪ Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;
▪ Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;
▪ Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
▪ Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;
▪ Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;
▪ Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
▪ Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
▪ Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
▶ Bizim üçün uyğun namizəd:
▪ Ali tibbi sahə üzrə təhsil;
▪ Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
▪ MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
▪ 3 -5 il ümumi əmək stajı;
▪ İntizamlılıq və nəticəyönümlülük;
▪ Ünsiyyət və təşkilatçılıq bacarığı;
▪ Stressə qarşı davamlılıq;
▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
▶ Əlavə məlumatlar:
▪ İş qrafiki: 5 günlük iş həftəsi;
▪ İş vaxtı: 09:00 – 18:00.
▶ Müraciət qaydası:
▪ Vakansiyaya son müraciət tarixi: 10.06.2022-ci il;
▪ CV-lər[email protected]ünvanına göndərilməlidir;
▪ Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
▪ Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur