İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir. ▶ Biz nə təklif edirik: ▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; ▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; ▪ Karyera irəliləyişlərində yaradılan şərait; ▪ Rəqabətədavamlı əmək haqqı. ▶ Vakansiya aşağıdakı regionlar üzrə aktivdir: 📍 Lənkəran 📍 Şəki 📍 Quba 📍 Şirvan 📍 Mingəçevir 📍 Göyçay 📍 Ağcabədi 📍 Şəmkir 📍 Cəlilabad ▶ Görəcəyiniz işlər: ▪ Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi; ▪ Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi; ▪ Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi; ▪ Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması; ▪ Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması; ▪ Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi; ▪ Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi; ▪ Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi. ▶ Bizim üçün uyğun namizəd: ▪ Ali tibbi sahə üzrə təhsil; ▪ Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür); ▪ MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı; ▪ 3 -5 il ümumi əmək stajı; ▪ İntizamlılıq və nəticəyönümlülük; ▪ Ünsiyyət və təşkilatçılıq bacarığı; ▪ Stressə qarşı davamlılıq; ▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür. ▶ Əlavə məlumatlar: ▪ İş qrafiki: 5 günlük iş həftəsi; ▪ İş vaxtı: 09:00 – 18:00. ▶ Müraciət qaydası: ▪ Vakansiyaya son müraciət tarixi: 10.06.2022-ci il; ▪ CV-lər[email protected]ünvanına göndərilməlidir; ▪ Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir; ▪ Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az