İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycanın 11 bölgəsində filialı var, Şəmkir və Göyçay filiallarında rəhbər vəzifələri vakantdır, həmin vəzifələrin doldurulması üçün aşağıdakı xüsusiyyətlərə uyğun və işləri görə bliən namizədlər axtarırıq:
Vakansiya haqqında məlumatlar:
Vəzifə öhdəlikləri:
Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
Tibb müəssisələrindəicbari tibbi sığorta ilə bağlı proseslərinavtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
Filialın səmərəli işinin təmin edilməsi;
Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədəmütəmadi hesabatın təmin edilməsi.
Vəzifə üçün tələblər:
Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
5 ildənaz olmayaraq əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində, inzibati sahədə iş təcrübəsi arzuolunandır);
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
Ofis proqramları üzrə biliklər.
Maraqlanan namizədlər CV-lərini27 avqust2021-ci iltarixinədək[email protected]e-mail ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur