25 Noyabr 18:42

“Ice Age ” layihəsi

Azərbaycan Respublikası Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə
“Ice Age ” layihəsinə start verilir.

Qeyd edək ki, Layihə Azərbaycanda Dağ-Xizək Yay-Qış İstirahət Komplekslərinin birində praktiki təlim formasında keçiriləcək. Layihənin icrası zamanı gənclərə xarici və təcrübəli təlimçilər tərəfindən dağ-turizm, xizəklərdən düzgün istifadə qaydaları haqqında təlim və təcrübə nəzərdə tutulur. Həmin müddətdə gənclərin keçdiyi qısa təlimin özünü müsbət cəhətdən göstərilməsini yoxlamaq üçün gənclərlə komanda işi və yarışlar keçiriləcək. Bütün bunların təhlükəsiz şəraitdə keçirilməsi üçün xarici və təcrübəli təlimçilər tərəfindən nəzarət olunacaq. Sonda isə onlar öz öyrəndikləri təcrübələri nümayiş etdirəcəklər və yüksək nəticə göstərən gənclərə müxtəlif dərəcəli sertifikatlar veriləcəkdir.

Layihə rəhbəri : Ləman Muradova
Əlaqə\ e-mail:
[email protected] \

Baş kordinator : Aygün Fetullayeva
Əlaqə\ e-mail: [email protected] \

Bəyən və paylaş

Rəylər

rəy(lər)