İcraçı Direktor Vakansiyası

Simurq Təhsil Fondu komandası olaraq çıxdığımız dəyərli və məsuliyyətli yolda bizimlə çiyin-çiyinə addımlayacaq komanda yoldaşı axtarırıq!
Qeyd edək ki, Fondun missiyası Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi dövründəki şəhidlərimizin və qazilərimizin bizə əmanət olan övladlarının (yaxınlarının) təhsilinə maddi və mənəvi dəstək olmaqdır.
Vəzifə öhdəlikləri:
Fondun cari və gələcək fəaliyyət planlarının tərtibi;
İdarə Heyəti tərəfindən təsdiqlənmiş fəaliyyət planı və qəbul edilən qərarların icrasına nəzarət;
Cari komanda üzvlərinin fəaliyyətinə nəzarət və qiymətləndirilməsinin həyata keçirilməsi;
Tərəfdaşlıq görüşlərində iştirak və ortaq fəaliyyətlərə nəzarət;
Aylıq büdcə hesabatlarının, hüquqi sənədlərin hazırlanmasına nəzarət;
Keçirilmiş layihələrin və fəaliyyətlərin effektivliyinin təhlili və İdarə Heyətinə hesabatların verilməsi.
Tələblər:
Təhsil və ya sosial layihələrin, QHT-lərin, ən azı 20+ komanda üzvünün idarə edilməsi üzrə 2 illik iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti;
Ofis proqramlarında işləmək bacarığı;
Güclü liderlik, kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
Analitik təhlil, çevik qərar qəbuletmə və təşəbbüskarlıq qabiliyyəti;
Punktual və məsuliyyətli olmaq;
Simurq Təhsil Fondunun dəyərlərini anlamaq və təmsilçiliyi doğru şəkildə həyata keçirmək.
QEYD: şəxsin həftə ərzində ən az 20 saat zaman ayırması tələb olunur. Ofisdən fəaliyyət şərt deyil.
Müraciət etmək istəyən namizədlərin Rezyume və Motivasiya məktublarını (vacibdir!) [email protected] e-poçt ünvanına mövzu hissəsinə “icraçı direktor” qeyd edərək göndərməsi xahiş olunur.
Qeyd edək ki, yalnız uğurlu namizədlər müsahibə mərhələsi barəsində məlumat əldə edəcəkdir.
Müraciət üçün son tarix: 25 avqust 2021 (saat 00:00)

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az