İcraçı Direktor vəzifəsi üzrə vakansiya

Azərbaycan Diplomatiya Mərkəzi İcraçı Direktor vəzifəsi üzrə vakansiya elan edir:

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Minimum 2 il iş təcrübəsi;
  • Yaş həddi 28-35;
  • Azərbaycan dilini sərbəst və səlist, İngilis dilini yaxşı səviyyədə bilməlidir, Rus dili arzuolunandır;
  • İqtisadiyyat və idarəetmə, biznes və marketinq, idarəetmə sahəsində ali təhsilli olmalı;
  • İdarəetmə sahəsində yüksək təcrübə;
  • Seçim zamanı müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir;
  • İdarəçilik prinsiplərini yaxşı bilməli, ünsiyyətə yönümlü olmalıdır;
  • Güclü liderlik keyfiyyətinə sahib olmalıdır;
  • Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
  • Ezamiyyətlərə getmək imkanına malkk olmalıdır;
  • İndividual əlaqələr qura bilən;
  • Nitq danışığı və nitq mədəniyyəti;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti;
  • Punktual və məsuliyyətli;
  • Dil biliyi: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (yaxşı);
  • Komputer biliyi: MS Office proqramları.

Vəzifələr:

– Mərkəzin iş prinsiplərinə uyğun olaraq, struktur bölmənin işini təşkil etmək;

– Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;

– İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;

– Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;

– İşçilərin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;

– İşçi komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;

– Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq;

– Mərkəzin idarə olunması ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarın verilməsi prosesində iştirak etmək;

– Təlim və tədris, inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi;

– Yüksək səviyyəli təlimçilərin cəlb olunması;

– Tədbirlər planının hazırlanması;

– Daxili və xarici tədris mərkəzi kimi istifadəyə hədəflənməsi və buna əmin olması;

– Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsi;

– Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsi;

– Təlimçilərlə bağlı prosedurların müəyyən olunması, hazırlanması və tətbiq olunması;

– Mərkəzin fəaliyyətinə nəzarət etməsi, hədəfə çatmaq üçün analizlərin aparılması və hesabatların verilməsi;

– Keçirilmiş təlimlər layihəsinin effektivliyinin təhlili.

Müraciət etmək istəyən şəxslər [email protected] elektron ünvanına “İcraçı Direktor” başlığı ilə CV-lərini göndərə bilərlər.

Əlaqə: 0508001113-İnsan resursları departamentinin sədri-HR Günel Eyvazlı

Ünvan:Cəfər Cabbarlı 44, Caspian Plaza 10-cu mərtəbə.

Bir cavab yazın

Back to top button