#
13 Mart 16:39

İctimai Birlik Təcrübə Proqramı elan edir

Azərbaycan Sosial İş İctimai Birliyi Təcrübə Proqramı elan edir. Təcrübə proqramında iştirak edəcək şəxsin vəzifələri aşağıdakılar olacaq:

1. İcraçı Struktur tərəfindən ona verilən fəaliyyətləri yüksək səviyyədə və vaxtında yerinə yetirmək;
2. İctimaiyyətlə Əlaqələr üzrə Koordinator tərəfindən ona tapşırılan digər işləri yerinə yetirmək.;
3. Müxtəlif xəbərlərin hazırlanmasında, habelə, ideyaların reallaşmasında təşəbbüslərlə çıxış etmək, aktiv fəaliyyət göstərmək;
4. İctimaiyyətlə Əlaqələr üzrə Köməkçi işləməsi üçün nəzərdə tutulan işlərin təşkilində, icrasında yaxından iştirak etmək, tapşırılan bütün işlərin öhdəsindən peşəkarca gəlmək;
5. İcraçı Direktorun və İctimaiyyətlə Əlaqələr üzrə Koordinatorun qəbul etdikləri  qərarlarının, layihələrin, proqramların və s.  icrasını həyata keçirmək;
6. İctimai Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
7. İctimai Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə təmsil etmək və təşkilat haqqında məlumatın yayılması işində yaxından iştirak etmək;
8. İcraçı Direktor və ya İctimaiyyətlə Əlaqələr üzrə Koordinator tərəfindən ona tapşırılan digər məsələləri həll etmək;
9. Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək;
10. Layihə Köməkçisi birbaşa olaraq İcraçı Direktora tabedir;
11. Ayda bir dəfə ayın sonunda görülən işlər barəsində İcraçı Direktora yazılı hesabat verir.

Tələb olunan keyfiyyətlər

1. İctimaiyyətə əlaqələr, jurnalistika və digər müvafiq sahə üzrə ali təhsil və ya həmin sahə üzrə tələbə
2. Yüksək kompüter bacarıqları
3. İngilis dilini yaxşı bilmək
4. Komandada işləmək bacarığı
5. Məsuliyyətli və intizamlı olmaq

Maraqlanan namizədlərdən niyyət məktubu (Motivation Letter) və CV-lərini [email protected] ünvanına martın 31-nə kimi göndərməyi xahiş olunur.

Rəylər

rəy(lər)