26 İyul 13:03

İctimai Nitq və Təqdimat Bacarıqları təlimi

Təşkilatçılar:
– AYAFE Gənclər Təşkilatı
– Bilik və İnnovasiya İctimai Birliyi

– Sabunçu Gənclər Evi

Media dəstəyi:
– Edumap.az təhsil portalı

Güclü liderlərin əsas keyfiyyətlərindən biri də məhz ictimaiyyət içində yaxşı nitq ilə çıxış etmək və effektiv təqdimat etmək bacarığıdır.

İnsanların inamını qazanmaq, onları ortaq məqsədlər üçün irəli aparan bir lider olmaq istəyən gənclər nitq və təqdimat bacarıqlarının inkişafına xüsusi diqqət ayırmalıdırlar.

Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur.

Təlimçi – Əkbər Mikayılov

Əkbər Mikayılov ASAN Tədris və Təlim Mərkəzində çalışır. ADA Universitetində və Türkiyənin nüfuzlu universitetlərindən biri olan Abdullah Gül Universitetində Biznesin İdarəedilməsi üzrə təhsil almışdır. Bir sıra beynəlxalq mübadilə proqramlarının iştirakçısı olmuşdur. Həmçinin çoxlu sayda yerli və beynəlxalq layihələrinin təşkilində iştirak etmişdir.

Tarix: 28.07.2019, saat 12:00

Qeydiyyat linki:
https://forms.gle/qWHPrfgGpCjRzaWi7

Bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.

Qeydiyyatdan uğurla keçən şəxslərlə e-mail vasitəsilə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)