22 Mart 14:49

İctimaiyyətlə əlaqələr mövzusunda seminar

İstər iş dünyasında, istər ictimai həyatda və siyasətdə PR-ın – ictimaiyyətlə əlaqələrin önəmi və bu sahəyə maraq günü-gündən artmaqdadır.
Bunu nəzərə alaraq, Hajizade Group şirkətinin təhsil sahəsində fəaliyyət göstərən törəmə şirkəti Advanced Education martın 30-da bu sahədə tanınmış mütəxəssislərin iştirakı ilə İctimaiyyətlə Əlaqələr mövzusunda seminar təşkil edir.
Seminarda PR Laboratoriya şirkətinin təsisçisi Afət Yaqubova, influencer və PR menecer Natella Osmanlı, həmçinin Hajizade Group şirkətinin baş direktoru Əli Hacızadə iştirak edəcəklər.
Mövzular:
Afət Yaqubova – PR-da strateji yanaşmanın vacibliyi: strateji planın hazırlanması.

Natella Osmanlı – Sosial şəbəkələrin İctimaiyyətlə əlaqələrdə rolu.
Əli Hacızadə – Siyasi PR və siyasətdə PR.
Qonaqlar həm spikerlərin təcrübəsi ilə tanış ola biləcək, həm də onları maraqlandıran sualları verə biləcəklər. İştirak etmək üçün buradan qeydiyyatdan keçə https://advanced.az/qeydiyyat/  bilərsiniz.
*Qeyd – seminarda iştirak tamamilə pulsuzdur.
Ünvan: Mirzə İbrahimov küç. 22/24
Əlaqə telefonu: 070 999 18 88
Təşkilati və texniki dəstək Hajizade Group – Red Lab

Bəyən və paylaş

Rəylər

rəy(lər)