"İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis" vakansiyası

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi "İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis" vakansiyasını elan edir! Tələblər : -Ali təhsil; -Kommunikasiya, reklam, layihə, media sahələrində3 il iş təcrübəsi; -Dil bilikləri - ana dili səlist ( Rus , İngilis dili üstünlükdür); -MS Office bilikləri; -Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları,media, dövlət idarələri, Gənclər və İdman nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları, Formula yarışları…). Vəzifə öhdəlikləri : -Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək; -Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək; -Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiştədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq; -Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq; -Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək; -İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək; -KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək. Təminatlar: -Nahar ilə təmin edilmə; -Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az