19 Noyabr 16:08

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vakansiyası

Vacancy: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Vəzifələr:

• Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə);

• PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
• KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
• Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək;
• Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak;
• Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
• Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
• Korporativ tədbirlərin təşkilində iştirak.

 

Zəruri tələblər:

• İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
• Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Kollektivdə çalışmaq qabiliyyəti.

Arzuolunan tələblər:

• Müvafiq sahədə ali təhsil üstünlükdür;
• İngilis dili əlavə üstünlükdür;
• Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

İş barədə məlumat

– İş qrafiki: I-V günlər, 09:00-18:00
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Edumap.az” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş