21 Fevral 01:16

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis və Yerli layihələr üzrə mütəxəssis Vakansiyası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis və Yerli layihələr üzrə mütəxəssis Vakansiyası elan edir.

Vakansiyanın adı: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

  • PR və reklam işlərinin aparılmasına birbaşa nəzarət edilməsi;
  • Verilən məlumatlara əsasən müstəqil şəkildə təşkilatın fəaliyyəti və təşkilatın layihələri haqqında müxtəlif formatda PR xəbərlər, mətnlər, məqalələr yazmaq;
  • PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarət;
  • Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması;
  • Təşkilatın vebsaytı ilə işləmək, yazılmış şərhlər və müraciətləri cavablandırmaq (content management);
  • Media ilə əlaqələrin yaradılması;
  • Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi və sualların cavablandırılması (SMM sahəsində təcrübəsi olması arzuolunandır);
  • Videoçarx, poster və dizayn işlərinin hazırlanmasında iştirak;
  • Yerinə yetirilmiş işlər barədə müntəzəm olaraq hesabatlar (gündəlik, aylıq və rüblük) vermək;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Gənclərlə iş sahəsində təcrübə;
  • Stress altında işləmək bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi tələb olunur. Rus və ingilis dili arzuolunandır;
  • Problem həlletmə bacarığı;
  • Təşkilatçılıq: tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti;
  • Şifahi və yazılı ünsiyyət;
  • Yaradıcılıq və təşəbbüskarlıq;
  • Yaş həddi 20-35 dək;
  • Ofis proqramlarında (Word, Excel, Power Point) işləmə bacarığı olmalı.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Yaş həddi: 20-35

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01.03.2020-ci il saat 18:00 tarixinədək  [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” qismində “İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Edumap.az” adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq).

 

Vakansiyanın adı: Yerli layihələr üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

  • Layihələrin yazılması və idarəedilməsi;
  • Layihə planlama işlərinin həyata keçirilməsi;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
  • Layihə üzrə aparılan işlərin təşkilatın digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
  • Layihələrin büdcələrinin, fəaliyyət planlarının və hesabatlarının hazırlanması;
  • Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılması;
  • Layihənin həyata keçirilməsi üçün tələb olunan resursların, qrafiklərin, iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsini təmin etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Layihələrin idarə edilməsi prinsipləri və layihələrin yazılması ilə əlaqədar biliklər;
  • MS Office proqramları üzrə mükəmməl bilik səviyyəsi;
  • Yüksək səviyyədə kommunikasiya və komandada işləmə bacarığı;
  • Təşkilati və analitik bacarıqları;
  • Detallara diqqət etmə, şəffaflığın təmin olunmasına məsuliyyətli yanaşma;
  • Yaradıcı və yenilikçi olmaq;
  • Strees altında işləmə və problem həlletmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili biliyi tələb olunur. Rus dili biliyi arzuolunandır;

 

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Yaş həddi: 20-35

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01.03.2020-ci il saat 18:00 tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” qismində “Yerli Layihələr üzrə mütəxəssis Edumap.az” adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

 

Bəyən və paylaş