22 İyul 19:25

“İdarəetmədə keyfiyyətin təmin olunması”adlı seminar keçiriləcək

Salam, Əziz Dostlar.

Ümid edirik ki, tətiliniz gözəl keçir.
Tətil vaxtınızı həm də səmərəli keçirmək üçün Sosial Biznes Gənclər Mərkəzi olaraq tədbirlər təşkil etməyə davam edirik.

Bu səfər sizi ISO 9001:2015 standartı üzrə mütəxəssis olan Vüsal Mahmudov ilə təşkil olunan tədbirə dəvət edirik!
_____________________

Tarix: 24 İyul, 19.00
Mövzu: “İdarəetmədə keyfiyyətin təmin olunması”
Məkan: Baku IdeaLab (Caspian Plaza, 3-cü korpus,
3-cü mərtəbə, Cəfər Cəbbarlı küç. 44. )
Müddət: 2 saat
Dil: Azərbaycan dili
____________________​_

ISO 9001:2015 haqqında:
ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi təlimində satınalma, planlama, marketinq, anbar, logistika, təmir, laboratoriya, standartlaşdırma, SƏTƏM, sifariş qəbulu, satış, keyfiyyətin auditi, performans dəyərləndirmə sahələrində proseslərin standarta uyğun hansı formada tənzimlənməli olduğunu, yaranan problemlərin aradan qaldırılma yollarını praktik nümunələr və sənədlər əsasında tədris olunacaqdır.

Gələcəkdə rəhbər olmaq arzusunda olan hər kəs üçün əvəz olunmaz bir təlim olacaq.
Nadir rəhbərlərdə rast gəlinən İdarəetməyə “quş baxışı” baxa bilmək keyfiyyətinə sahib olacaqsınız. Bu isə karyera inkişafında əvəz olunmazdır!
____________________​_

Spiker haqqında:
– Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr (fərqlənmə diplomu ilə) dərəcələrini alıb

– Hal-hazırda NB Group ASC şirkətinin keyfiyyətə nəzarət departamentinin direktoru vəzifəsində çalışır

– İngilis dili Abituriyent, General English, İELTS, beynəlxalq mühasibatlıq və İSO 9001,14001,18001 standartları üzrə təlimlər həyata keçirir
____________________​_

Tədbirdə müzakirə olunacaq:
– Biznesda “Quş baxışı” bacarıqına nail olmaq
– ISO 9001:2015 standartın idarəetmədə rolu
– Keyfiyyət nədir və onu necə düzgün müəyyən edək

*Tədbir interaktiv şəkildə keçəcək və tədbir zamanı foto və videoçəkiliş aparılacaq.

İştirak Ödənişsizdir.
Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat linki: https://forms.gle/ie8PkSqsocs6mKkV9
Qeydiyyat üçün son tarix: 23 İyul, 23.30

Bəyən və paylaş

Rəylər

rəy(lər)