IDEA İctimai Birliyi hər kəsi ağacəkmə aksiyasına dəvət edir

IDEA İctimai Birliyi hər kəsi 5 dekabr 2015-ci il tarixində təşkil olunacaq ağacəkmə aksiyasına dəvət edir.

Sözügedən tədbir kağız israfını azaltmaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etmək məqsədilə həyata keçirilmiş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində təşkil olunacaqdır.

IDEA İctimai Birliyi olaraq təbiətə biganə qalmayan gəncləri Azərbaycanın yaşıllaşdırılması istiqamətində bizimlə birgə addımlamağa çağırır.

Aksiyada iştirak etmək istəyən şəxslərdən öz ad və soyadını, eləcə də əlaqə nömrəsini 3 dekabr tarixindən gec olmayaraq “ağacəkmə aksiyası” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün +994 12 4976316 şəhər nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.

Bir cavab yazın

Back to top button