“İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi başlayır

Gənclər və İdman Nazirliyi tərəfindən noyabr-dekabr aylarında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş 5.2.3 bəndininin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə “İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcəkdir.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq,  tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər. Müsabiqə 4 nominasiya üzrə aparılır:

*

 

         -Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin  qorunması;

         -Qeyri-formal təhsil, və gənclərin innovativ yaradıcılığı;

         -Ekologiya və sağlam həyat tərzi ;

         -Sosial həyat.

 

Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu  və pul mükafatından ibarətdir.

Ətraflı


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close