14 Sentyabr 11:47

“İdeyadan Biznesə” (“I2B”) növbəti Startap Turu keçiriləcək

21 sentyabr 2018-ci il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “İdeyadan Biznesə” (“I2B”) növbəti Startap Turu keçiriləcək.
Startap Turda mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə təlimlər keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondunun dəstəyi, Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, BMT-nin İnkişaf Proqramının, “Microsoft” şirkətinin təşkilatçı, “Azercell” şirkətinin tərəfdaşı olduğu startap turunda iştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)