4 Dekabr 20:47

İdeyadan Layihəyə – Ödənişsiz Təlim

İdeyasını layihəyə çevirmək istəyənlərin nəzərinə!

NR Academy Sizləri “İdeyadan Layihəyə” adlı #ÖDƏNİŞSİZ təlimə dəvət edir!

2 gün davam edəcək real nəzəri və praktik təlimdə öyrənəcəksiniz:

• Layihə anlayışı;
• Layihənin xarakterik xüsusiyyətləri və növləri;
• Uğurlu layihə ideyasının seçilməsi;
• Layihənin mərhələləri;
• Layihədə problemin qoyuluşu və əsaslandırma;
• Layihə təklifinin hazırlanması (nümunələr əsasında);
• Layihənin icra planın hazırlanması (nümunələr əsasında);
• Layihə büdcəsinin hazırlanması (nümunələr əsasında);
• Layihənin qiymətləndirilməsi və hesabatlılıq;
• Donorların tapılması və donorlarla iş;
• Praktiki iş: ideyadan layihəyə – layihə yazılışı.

Biz əminik ki, təlim proqramının sonunda siz öz ideyanızı layihəyə çevirmək üçün əsas bacarıqlara sahib olacaqsınız.

Təlimçi: Nail Şükürov
Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, “MBA – Biznesin Təşkili və İdarəedilməsi” ixtisası üzrə isə magistr təhsili almışdır. Hazırda “Üfüq” Gənclərin İnkişafı Naminə İB-nin sədri, NR Academy təhsil şirkətinin təsisçisidir. 8 ildən çoxdur ki, təhsil və sosial sahədə layihələrin idarə edilməsi üzrə fəaliyyət göstərir. Layihələrin idarə olunması üzrə beynəlxalq təlim proqramını uğurla bitirmişdir.

Təlimin məqsədi gənclərin ideyalarının gerçəkləşdirməsinə istiqamət verməkdir və təlimdə iştirak #ÖDƏNİŞSİZDİR.

Təlim 2 gün, 07 dekabr 16:00-18:00, 08 dekabr saat 12:00-14:00 saatlarında NR Academy-nin Elmlər filialında keçiriləcəkdir.

Qeydiyyat üçün “Ad, Soyad, Təlim” yazıb 055-802-50-76 nömrəsinə sms göndərərək və ya whatsapp-a yazaraq qeydiyyatdan keçə bilərsiniz.

Yerlər məhduddur, qeydiyyat üçün tələsin!

✅Ünvan:
📍 Elmlər mt-su. BDU-nun yanı, Megacity Kompleksi, Z.Xəlilov küçəsi 26
📱 (055) 802 50 76
📱 (051) 802 50 76

Bəyən və paylaş

Rəylər

rəy(lər)