İdeyalara dəstək olmaq üçün müsabiqə!

NEXT STEP İnnovasiya Mərkəzi ideyalara dəstək olmaq üçün 5-ci müsabiqəsinə START verəcəkdir. Əvvəlki müsabiqələrdən fərqli olaraq bu dəfə müsabiqəyə baş vuracaq olan layihələrə öncədən dəstək verilməsi planlaşdırılıb. Belə ki, sadəcə ideyası olan şəxslər də müsabiqə zamanı təyin edilmiş vaxtlarda mərkəzə yaxınlaşaraq öz ideyalarını danışacaq və müsabiqə şərtlərinə uyğunsa təqdimata hazırlanması üçün dəstək alacaqlar.
5-ci müsabiqəyə edilmiş əsas dəyişikliklərdən biri də layihələrin təqdim olunması zamanı NEXT STEP İnnovasiya Mərkəzinin münsiflərindən əlavə investorların da iştirakı olacaqdır.
Müsabiqədə qalib olan layihələr aşağıdakı imkanları əldə edəcəklər:

1. İnkubasiya və akselerasiya proqramları ayrılıqda (layihəyə görə təyin ediləcəkdir)
2. Tam təchizatlı ofis şəraiti
3. Dizüstü və ya masaüstü kompyuterlər
4. Həftəlik ABŞ-dan mentor dəstəyi (online)
5. Gündəlik yerli mentor dəstəyi
6. Layihə çərçivəsində ezamiyyətlər (layihəyə görə təyin edilir)
7. Aylıq 2000 AZN-ə qədər təqaüd
8. Proqramı başa vurduqdan sonra yerli və xarici investorlarla görüş
9. ABŞ-da təcrübə keçmək imkanı (bütün xərclər qarşılanır)

Müsabiqəyə 10 yanvar, 2017-ci il tarixindən START veriləcəkdir. Müsabiqəyə qədər NEXT STEP İnnovasiya Mərkəzi ilə əlaqə saxlayıb ideyalarınız üçün ilkin rəy ala bilərsiniz.

Layihələrin qeydiyyat ünvanı: http://icnextstep.com/project

Son müraciət tarixi: 10 fevral, 2017.

Əlaqə: Əhməd Rəcəbli 1, Bakı, Azərbaycan.
Mob: +994 55 255 48 68
E-mail: [email protected]

Rəylər

rəy(lər)