9 Sentyabr 14:22

İdealarınız var, ancaq hələ də bunu reallaşdırmaq üçün maddi dəstək tapa bilmirsiniz?

Toxum.org təqdim edir: “Toxum School”
İdealarınız var, ancaq hələ də bunu reallaşdırmaq üçün maddi dəstək tapa bilmirsiniz?

O zaman bu 4 günlük təlim sizin üçündür! Bu silsilə təlimlərdə kraud-fandinqin ən incə detallarından başlayaraq, ideyaların layihə halına gətirilməsi, onun hüquqi əsasları və nəhayət, maddi dəstəyin necə toplanması lazım olduğunu öyrənəcəksiniz.

Layihənin təsviri:
Biznes, sahibkarlıq və sosial sahibkarlıq anlayışları
Sosial sahibkarlıqda dəyər təklifi
Natiqlik bacarıqlarının inkişafı – mümkünsüz və absurd ideyanı inandırmaq üçün 30 saniyə
Sosial sahibkarlıq və sosial təsirin ölçməsi
Sosial sahibkarlar üçün yerli və xarici imkanlar
Sosial biznesdə genişləndirmə strateqiyası.
Layihələrin hazırlanması
Kraud-fandinq və hüquqi əsasları
Kraud-fandinq uğurlu layihənin bir parçası kimi.

Layihədən qazanacaqlarınız:

İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraud-fanding və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində bu işlərə hazırlıqlı olacaqsınız.
Bu təlimlər layihəyə başlamaq istəyib lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
Layihədən sonra artıq ideyanızı rahatlqla reallaşdıra biləcəksiniz.

və 4 təlimdə də iştirak edənlər layihələrini toxum.org saytında yerləşdirə biləcəklər.

Qeydiyyat üçün deadline: 23.09.2019

Qeydiyyat linki:
https://forms.gle/VwYsviqSeeJbmmeg9

Bəyən və paylaş

Rəylər

rəy(lər)