11 Mart 10:58

“İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinə” start verilir

Gənclərimiz üçün möhtəşəm xəbər!

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və ictimai əhəmiyyətli ideyalarının maliyyələşdirilməsi ilə bağlı “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinə” start verir.

Artıq gənclərin ideya və layihələri bu gündən etibarən il boyu Gənclər Fondu tərəfindən qəbul ediləcək və hər rübün sonunda qaliblər elan olunacaqdır.

Elan edilmiş mövzular üzrə gənclərin bilik və bacarığının, təmsilçilik və qərar qəbuletmə, eləcə də fəallığının artırılması ilə bağlı layihələr www.youthfoundation.az internet səhifəsi vasitəsilə müsabiqəyə təqdim oluna bilər.

Müraciət prosesini asanlaşdırmaq məqsədilə gənclər layihələrini qeyd olunan platformalar vasitəsilə artıq videotəqdimat şəklində göndərə biləcəklər.

“İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
Link: https://youthfoundation.az/?p=92979

Gənclərimizə uğurlar arzulayırıq!

Bəyən və paylaş