İdman müəlliməsi vakansiyası

İdman müəlliməsi

Tələblər:

– Yaş həddi: 30 – 40 yaşlı xanımlar;
– Komandada işləmək bacarığı;
– İngilis və Rus dil bilgisi;
– Bir Fitness Təlimçisi kimi azı 5 il iş təcrübəsi.
– Erkən və ya gec növbələrdə və həftə sonları işləmək.
– İlk Yardım təcrübəsi.
– Mükəmməl ünsiyyət bacarığı.
– İnsanları öyrətmək və motivasiya etmək bacarığı.

İş haqqında məlumat:

– Müxtəlif məşqlər və hər bir müştərinin ehtiyaclarına uyğun şəxsi idman və pəhriz planları hazırlamaq.
– Müştərilərə qidalanma, kilo nəzarəti və həyat tərzi problemləri haqqında məlumat və ya mənbələr təqdim etmək.
– İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını müştərilərə izah etmək.
– İdman salonunun təmizliyini, sağlamlığını və güvənlik təhlükəsi olmadığını təmin etmək.
– Məşqlər və ya dərslər zamanı fərqli fitness və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq.
– Müştərilərin düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək.
– İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək.

İş rejimi və qaydası:

– Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
– Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək;
– AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İdman müəlliməsi” qeyd olunmalıdır) göndərə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir