#
15 May 15:16

İDRAK Texnoloji Transfer Şirkətində 2018 Yay Təcrübə Proqramı

İDRAK Texnoloji Transfer Şirkəti öz fəaliyyət sahəsində təhsil alan və ya bu sahədə çalışmaq istəyən gənclərin təcrübi biliklər əldə etməsi üçün “2018 Yay Təcrübə Proqramı”-nı elan edir. Proqrama 18-25 yaş aralığında olan istənilən şəxs müraciət edə bilər. Seçim imtahan və müsahibə əsasında olacaqdır. Təcrübə proqramı zamanı iştirakçılara aylıq 100 AZN təqaüd veriləcəkdir.

 

Təcrübə keçiriləcək ixtisaslar:

  • Elektronika mühəndisiliyi
  • Proqramlaşdırma mühəndisliyi (veb, back-end, front-end, elektronika)
  • Mexanika mühəndisliyi
  • Cihazqayırma mühəndisliyi
  • Layihə menecmenti

Müraciətlərin son qəbul tarixi: 1 iyun, 2018-ci il

 

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeUb4wlY27N9TEYl2ib4NxBy8XdaTpxC20dq6mnY5gopDOWvg/viewform?usp=pp_url

 

Şirkət haqqında

İDRAK Texnoloji Transfer MMC 1990-cu ildə təsis edilmişdir. Şirkətin əsas missiyası istənilən mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. Şirkət aparat və proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyası, müşayiət edilməsi və dəstəklənməsi sahəsində həllər təklif edir.

İDRAK Texnoloji Transfer Şirkəti dünya bazarında gedən tendensiyaya uyğun olaraq artıq fəaliyyət istiqamətini ən son texnologiyaların tətbiqi ilə yeni layihələrin işlənməsinə yönəltməkdədir. Bu səbəbdən 2017-ci ildə şirkət Bakı Şəhərində  «Smart Things Factory» adlı istehsal müəssisəsini qurmağa başlamışdır.

 

Ətraflı məlumat üçün [email protected] mail adresinə yaza bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)