14 Fevral 11:58

IED-IstitutoEuropeo di Design / mühazirə

22 fevral tarixində Milanda yerləşən IED-Istituto Europeo di Design məktəbinin regional meneceri Olqa Melkova “Yaradıcı ixtisaslar və onların IED-Istituto Europeodi Design məktəbində öyrənilməsinin xüsusiyyətləri” mövzusunda mühazirə keçirəcək.
“IED-Istituto Europeo di Design” məktəbində tətbiq edilən kompleks yanaşma və metodlardan istifadə etməklə, tədbirin qonağı tələbələrə ən vacib suala cavab tapmağa köməklik göstərəcək.

Mən kifayət qədər kreativəm (yaradıcı insanam)?

Həmçinin, Olqa Melkova artıq hazır layihəyə malik olan, ya da gələcəkdə layihə yaratmaq istəyənlər üçün uğurlu portfolionun yaradılmasına dair tövsiyələrlə bölüşəcək. İncəsənət və dizayn arasında fərq nədir? Belə fərq mövcuddurmu? Obyekt vasitəsilə əlaqə nə deməkdir? Forma və rənglər arxasında gizlənən simvolları oxuya bilərikmi? “ItalianExcellency” proqramı sizi portfolio dizaynının optimal variantları ilə tanış edəcək, əhval-ruhiyyə və kollajlar lövhəsinin necə yaradılmasını nümayiş etdirəcək; Siz onları gələcəkdə həm tədris prosesində, həm də təqaüd müsabiqələrində iştirak və işə düzələn zaman istifadə edə bilərsiniz.

Mühazirə ingilis dilində keçiriləcək (Azərbaycan dilinə sinxron tərcümə ilə).

Tədbirdə iştirak etmək üçün, aşağıda linkə daxil olub qeydiyyatdan keçin: https://www.ied.edu/uncategorized/blog/ied-in-baku-2/39913

22 fevral, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)