IELTS, SAT (riyaziyyat və ingilis) üzrə ixtisaslaşmış müəllim vakansiyası

“Barattson” MMC, IELTS, SAT (riyaziyyat və ingilis) üzrə ixtisaslaşmış müəllim vakansiyasını elan edir:

Əsas vəzifə öhdəlikləri:

– Müəyyən olunmuş proqram əsasında dərslərinin aparılması
– Proqram çərçivəsində dərslərin planlaşdırılması, təşkili və keçirilməsi
– Tələbələrin fəaliyyətinin vaxtında və tam hesabatının aparılması
– Müasir üsullarla dərs keçmək bacarığı

Əsas tələblər:

IELTS müəllimi üzrə tələblər:

– IELTS certifikatı 7.5
– IELTS tədrisi üzrə minimum 6 ay iş təcrübəsi
– Yaş həddi 24-40
– Yüksək motivasiya və komanda ilə işləmək bacarığı
– Pedagoji bacarığı olmalıdır
İş qrafiki : 1-5-ci günlər, əsasən saat 16:00-dan 20:00-dək

SAT (riyaziyyat və ingilis) müəllimi üzrə tələblər:

– Tətbiqi riyaziyyat üzrə ali təhsili (tələbələr də arzuolunandır)
– Səlis ingilis dili
– Yaş həddi 21-40
– Dərs materialının hazırlamaq və yeniləmək
– İnteraktiv sinif mühiti yaratmaq və tələbələrlə müsbət münasibətlər qurmaq
– Tələbələrin SAT imtahanında çətinlik səviyyəsinə hazır olduqlarını təmin etmək
– SAT testi ilə əlaqəli bütün məlumatları (yəni format, təklif olunan tarixlər, vaxt çərçivəsi və s.) bilmək

İş qrafiki : 1-5-ci günlər, əsasən saat 09:00-dan 18:00-dək

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq tədris edəcəkləri fənni qeyd etməklə göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 15 oktyabr 2020-ci il.

Bir cavab yazın

Back to top button